Messi 2 qol vurduğu "Elçe"nin qapıçısından nə xahiş edib?

İspaniya La Liqasında I turdan təxirə salınmış oyun keçirilib. SİA xəbər verir ki, "Barselona" "Elçe"ni qəbul edib. Barselonada "Nou Kamp" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Barselona”nın heyətində qolları 48 və 68-ci dəqiqələrdə Lionel Messi, 73-cü dəqiqədə Jordi Alba vurub.

Messi matçdan sonra "Elçe"nin qapıçısı Edqar Badiyə yaxınlaşıb və futbolkaları dəyişməyi xahiş edib.

"Barselona" İspaniya çempionatının 2020/2021 mövsümündə 50 xal yığıb və yarış cədvəlində 3-cü yerə yüksəlib. "Elçe" 21 xalla 19-cu yeri tutur. Turnirin lideri 55 xalı olan “Atletiko"dur.

"Barselona" növbəti turda "Sevilya" ilə qarşılaşacaq, “Elçe" "Qranada"ya qarşı oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə