Canni De Byazi: "Qrupda 4-cü yer məni qane etməyəcək"

"Albaniya yığmasındakı şəraiti nəzərə alaraq həmin uğuru əldə edəcəyimizi heç kim təsəvvür edə bilməzdi. Hazırkı komandamda isə yeni mentalitet və beynəlxalq yarışlara fərqli yanaşma formalaşdırmağa çalışıram. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Calciosovietico" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, yaxşı iş planlaşdırmaq imkanı ilə əla strukturlar var: "Biz gəncləri yetişdirməyə çalışmalı və onların praktikalarını genişləndirməli, təlim-məşq toplanışları təşkil etməliyik. Bunlar gənclərin texniki və taktiki artımına istiqamətlənib".

İtaliyalı baş məşqçi seçmə mərhələ barədə bunları söyləyib: "Biz qrupda 5-ci komanda kimi mübarizəyə başlayırıq. Amma mənim 4-cü yer qane etmir. Biz məğlub düşüncələri rədd etməyə çalışmalıyıq. Bütün imkanlardan yararlanmaqla qərarlı və intellektli komanda olduğumuzu göstərmək istədiyimizə çox inanıram".

De Byazi İtaliya futbolunun Azərbaycanda inkişaf etməkdə olduğunu da vurğulayıb: "Bizim futbol Azərbaycanda çox məşhurdur. Bir çox insan bizim komandalara azarkeşlik edir. Bilirəm ki, "Yuventus", "Milan", "İnter" və "Roma"nın xeyli tərəfdarı var.

Bütün xəbərlər Facebook səhifəmizdə