“Hatayspor” “Ərzurumspor”a qalib gəlib, “Fənərbaxça” evdə “Göztəpə”yə məğlub olub

“Hatayspor” “Ərzurumspor”a qalib gəlib, “Fənərbaxça” evdə “Göztəpə”yə məğlub olub

Futbol üzrə Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub.

“Hatayspor” səfərdə “Ərzurumspor”a qalib gəlibsə, “Sivasspor” evdə “Kayserispor”u üstələyib. “Qaziantep” – “Antalyaspor” görüşündə hesab açılmayıb.

“Fənərbaxça” isə evdə “Göztəpə” ilə üz-üzə gəlib. İstanbul təmsilçisi bu oyunda minimal hesabla məğlub olub.

Türkiyə Super Liqası

26-cı tur

21 fevral

Ərzurumspor – Hatayspor 1:3

Qol: O.Karakullukçu, 90+2 – Katranis, 23. Diuf, 45+3-pen. Bupendza, 51.

Qaziantep – Antalyaspor 0:0

Sivasspor – Kayserispor 2:0

Qol: Yatabare, 18. Qradel, 90+2-pen.

Fənərbaxça – Göztəpə 0:1

Qol: H.Akbunar, 9.

19 fevral

Başakşəhər – Trabzonspor 0:1

Qol: Y.Sarı, 79.

20 fevral

Kasımpaşa – Fatih Karagümrük 3:2

Qol: Telin, 20. Y.Erdoğan, 59; 68 – Roko, 14. Kastro, 80.

Dənizlispor – Gənclərbirliyi 1:0

Qol: Mesanoviç, 19.

Yeni Malatyaspor – Konyaspor 2:3

Qol: A.Büyük, 24; 45+3-pen – Diomande, 72. Çikalleşi, 80; 84.

Alanyaspor – Qalatasaray 0:1

Qol: E.Kılınc, 18.

22 fevral

20:00 Ankaragücü – Rizəspor

Bütün xəbərlər Facebook səhifəmizdə