“Milan”ın qapıçısı Donnarumma italiyalı əfsanə Buffonun rekordunu yeniləyib

“Milan”ın qapıçısı Donnarumma italiyalı əfsanə Buffonun rekordunu yeniləyib

“Milan” qapıçısı Canluici Donnarumma "Yuventus"un qolkiperi Canluici Buffonun rekordunu yeniləyib.

SİA xəbər verir ki, o, buna A seriyasının 22-ci turunda “İnter”lə görüşdə (0:3) nail olub. 21 yaş 361 günlüyündə olan qapıçı yerli çempionatda 200-cü oyununa çıxıb. Beləliklə, Donnarumma 200 matç həddinə çatan ən gənc qolkiper olub.

İndiyədək ən yaxşş göstərici "Yuventus"un qapıçısı Canluici Buffona məxsus idi- 24 yaş 84 gün.

Qeyd edək ki, Donnarumma A seriyasında debüt matçına 2015-ci il oktyabrın 25-də çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə