Bundesliqanın 22-ci turu Dortmund “Borussiya”sının kapitanı üçün əlamətdar olub
Bundesliqanın 22-ci turunda "Şalke" ilə səfər matçı Dortmund "Borussiya"sının kapitanı Marko Roys üçün əlamətdar olub.
SİA Almaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Bundesliqada 300-cü oyununa çıxıb.
Roys bu matçlarda 130 qol vurub, 85 qolun ötürməsini verib.
Qeyd edək ki, Bundesliqada 2009-cu ildə debüt edən Roys 2012-ci ildən "Borussiya"da çıxış edir. O, Almaniya yığmasının da üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB