Haaland: "Mbappenin het-trik etdiyini görməyim mənə əlavə motivasiya verdi"

Haaland: "Mbappenin het-trik etdiyini görməyim mənə əlavə motivasiya verdi"

"Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Haaland Çempionlar Liqasının 1/8 finalında dubla imza atdığı "Sevilya" ilə ilk oyunu (3:2) şərh edib.

SİA Almaniya mətbuatına istinadən xəbər verir ki, norveçli hücumçu deyib:

"Real" azarkeşləri məni istəyirlər? Kimsə səni istəyəndə həmişə xoşdur! Bu gün Mbappeyə təşəkkür etmək istəyirəm. Çünki dünən onun "Barselona" ilə oyunda necə het-trik etdiyini görməyim mənə əlavə motivasiya verdi".

Qeyd edək ki, Haaland bu mövsüm bütün turnirlərdə 25 matça çıxıb, 27 qol vurub, 7 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə