"Sumqayıt" - "Qarabağ": Beşi oynamayacaq, biri sual altındadır

"Sumqayıt" - "Qarabağ": Beşi oynamayacaq, biri sual altındadır

Azərbaycan Premyer Liqasının XVI turunda üz-üzə gələcək "Suqmayıt" və "Qarabağ" komandaları oyuna itkilərlə çıxacaqlar. SİA-nın məlumatına görə, Ağdam klubunda cəzalı Kevin Medina ilə yanaşı, zədəlilər Kvabena Ovusu və Rahil Məmmədov da sabahkı matçı buraxacaq. Zədəsini yenicə sağaltmış Filip Ozobiçin isə meydana çıxıb-çıxmayacağı sual altındadır.

"Sumqayıt"da isə kapitan Vurğun Hüseynovla cinah müdafiəçisi Cabir Əmirlinin zədəsi davam edir. Hər iki futbolçu "Qarabağ"a qarşı oynamayacaq.

Qeyd edək ki, "Kapital Banl Arena"da keçiriləcək "Sumqayıt" - "Qarabağ" görüşü saat 18:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə