21 yaşlı hücumçu Çempionlar Liqasının tarixinə düşdü

21 yaşlı hücumçu Çempionlar Liqasının tarixinə düşdü

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin İspaniya "Sevilya"sı ilə oyunu Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann üçün əlamətdar olub.

SİA-nın məlumatına görə, matçın birinci hissəsində dubl edən norveçli hücumçu ÇL-in ilk 13 matçında 17 qol vuran oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, hazırda "Sevilya" - "Borussiya" görüşündə 2-ci hissə oynanılır və hesab qonaqların xeyirinədir - 3:1.Erlinq Holann 27 və 43-cü dəqiqələrdə fərqənib.

Bütün xəbərlər Facebook səhifəmizdə