Mbappe PSJ klubunun tarixinə düşüb

Mbappe PSJ klubunun tarixinə düşüb

PSJ-nin futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə ilk oyununda üç qol vurub.

SİA xəbər verir ki, parislilərin 4:1 hesablı qələbəsinin memarlarından olan fransız hücumçu Paris klubunun tarixinə düşüb.

Belə ki, 22 yaşlı futbolçu PSJ tarixinin ən çox qol vuran 3-cü futbolçusuna çevrilib. Mbappe Fransa klubunda 111 qol vurub.

PSJ tarixinin bombardiri 200 qolla Edinson Kavanidir.

Bütün xəbərlər Facebook səhifəmizdə