Çempionlar Liqası: "Yuventus” səfərdə, "Sevilya" evdə uduzub

Çempionlar Liqası: "Yuventus” səfərdə, "Sevilya" evdə uduzub

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

SİA xəbər verir ki, hər iki qarşılaşmaya eyni saatda start verilib

İtaliyanın “Yuventus” klubu Portuqaliyada “Portu” ilə qarşılaşıb. Qonaqların heyətində Xuan Kuadrado və Arturla yanaşı, Leonardo Bonuççi və Paulo Dibala da zədəli olduqları üçün meydana çıxmayıblar. Meydan sahiblərindən isə Məhəmməd Mbaye və Nanu eyni səbəbdən matçı buraxıblar.

Gecənin digər görüşü İspaniyada baş tutub. Burada Almaniyanın “Borussiya” (Dortmund) komandası Avropa Liqasının son qalibi "Sevilya"nın (İspaniya) qonağı olub. Kifayət qədər məhsuldar alınan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyun günündə PSJ (Fransa) səfərdə "Barselona"nı (İspaniya) 4:1, "Liverpul" (İngiltərə) isə "Leypsiq"i (Almaniya) 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

UEFA Çempionlar Liqası

1/8 finalın ilk oyunları

17 fevral


“Portu” (Portuqaliya) - “Yuventus” (İtaliya) 2:1
Qol: Taremi, 2. Mareqa, 46 – Kyeza, 83.
Portu, “Draqau”. Baş hakim: Karlos del Serra (İspaniya)

“Sevilya” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya) 2:3
Qol: Suso, 7. De Yonq, 84 – Dahud, 19. Haland, 27; 43.
Sevilya, “Ramon Sançes Pisxuan”. Baş hakim: Danni Makkeli (Niderland)

Bütün xəbərlər Facebook səhifəmizdə