Kuman: "Növbəti raunda çıxış şansımız çox azdır"

Kuman: "Növbəti raunda çıxış şansımız çox azdır"

"Barselona"nın baş məşqçisi Ronald Kuman komandasının Çempionlar Liqasının 1/4 finalına çıxışı şanslarından danışıb. SİA xəbər verir ki, bu barədə BBC bildirib.

"Mən yalan deyə bilərəm, amma öz meydanımızda 1:4 hesablı məğlubiyyətdən sonra növbəti raunda çıxış şanslarımız çox azdır. Bu matç əyani şəkildə göstərdi ki, biz öz hədəflərimizə nail olmaq üçün çox işləməliyik, xüsusən Çempionlar Liqasında", - baş məşqçi deyib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona” "Nou Kamp"da Fransa çempionu PSJ-ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 4:1.

Hesabı meydan sahibləri açsa da, "Barselona"nın sevinci uzun sürməyib. 32-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Fransalı hücumçu 65-ci dəqiqədə PSJ-ni önə çıxarıb. 70-ci dəqiqədə Moyze Kin PSJ-nin üçüncü qolunu vurub. 85-ci dəqiqədə isə Mbappe het-trik edərək, oyunda son nöqtəni qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə