Türkiyə klubunun avtobusu qarlı hava səbəbindən qəzaya uğrayıb

Türkiyə klubunun avtobusu qarlı hava səbəbindən qəzaya uğrayıb

Türkiyənin “Fatsa Belediyespor” klubunun avtobusu qəzaya uğrayıb.

SİA xəbər verir ki, içərisində 33 nəfərin olduğu avtobus Kırıkkaledən Samsuna gedərkən Delice mahalında aşıb.

Qəzaya güclü qar yağışı nəticəsində yolun həddən atıq sürüşkən olması səbəb olub. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi qəzaya urğayıb.

Hadisə nəticəsində komanda üzvlərinə heç nə olmasa da, avtobusun sürücüsü yüngül xəsarətlər alıb.

Qeyd edək ki, “Fatsa Belediyespor” Türkiyənin 3-cü liqasında mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə