Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar İspaniya "Barselona"sının kapitanı Lionel Messi ilə əlaqə yaradıb. SİA-nın məlumatına görə, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Mənbə bildirir ki, söhbət zamanı braziliyalı futbolçu Messiyə Fransa paytaxtındakı həyatın müsbət tərəflərindən, klubun və komandanın üstünlüklərindən danışıb.
Qeyd olunur ki, Neymar argentinalı futbolçunu PSJ-yə keçməyə razı salacağına ümid edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB