Argentina milli komandasının sabiq futbolçusu Leopoldo Luke vəfat edib. SİA-nın yerli federasiyanın rəsmi saytına istinadən məlumatına görə, keçmiş hücumçu 71 yaşında dünyasını dəyişib.
Luke 1978-ci il dünya çempionatında qızıl medal qazanıb. O, yığmada 45 oyuna 22 qol vurub.
Qeyd edək ki, Leopoldo Luke Braziliyanın "Santos", Argentinanın "River Pleyt", "Rasinq" və "Rosario Sentral" klublarının formasını geyinib. Yanvarda onun koronavirusa yoluxduğuna dair xəbərlər yayılmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB