Araz Abdullayevli “Boluspor” evdə minimal hesablı məğlubiyyətə üzülüb

Araz Abdullayevli “Boluspor” evdə minimal hesablı məğlubiyyətə üzülüb

Futbol üzrə Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Giresunspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Araz da bu görüşün iştirakçısı olub. O, matçın 65-ci dəqiqəsində meydana buraxılıb.

21 oyundan sonra hesabında 19 xalı olan “Boluspor” 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə