Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” ikinci dövrəyə qələbə ilə başlayıb

Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” ikinci dövrəyə qələbə ilə başlayıb

Futbol üzrə Ukrayna Premyer Liqasında qış fasiləsi başa çatıb.

SİA xəbər verir ki, bu gün 14-cü turun oyunları keçirilib.

Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Mariupol”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 65-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Aleksandriya” 14 turdan sonra 19 xalla 14 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə