“Qalatasaray” yenidən liderliyə yüksəlib, "Alanyaspordan heç-heçə"
Futbol üzrə Türkiyə Super Liqasında 25-ci turun oyunları keçirilir.
SİA xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
“Hatayspor” – “Alanyaspor” görüşündə qapılara qol vurulmayıb. “Konyaspor” “Dənizlispor”la ev oyunundan qalib ayrılıb.
Səfərdə “Göztəpə” ilə qarşılaşan “Başakşəhər” turu məğlubiyyətlə başa vurub. Lider “Qalatasaray” isə “Kasımpaşa” ilə ev oyununda çətin qələbəyə sevinib.
Bu nəticədən sonra xallarını 51-ə çatdıran "Qalatasaray" yenidən liderliyə yüksəlib. 2-ci olan "Fənərbaxça"nın da xalları eynidir. "Beşiktaş" 48 xalla 3-cü, "Trabzonspor" 45 xalla 4-cüdür.
Türkiyə Super Liqası
25-ci tur
14 fevral
Konyaspor – Dənizlispor 2:0
Qol: A.Bardakçı, 52. Sekidika, 80.
Göztəpə – Başakşəhər 2:1
Qol: S.Aydoğdu, 24. Jül, 53-pen – D.Türüç, 59.
Hatayspor – Alanyaspor 0:0
Qalatasaray – Kasımpaşa 2:1
Qol: K.Aktürkoğlu, 9. M.Məhəmməd, 89-pen – Telin, 51.
12 fevral
Rizəspor – Ərzurumspor 0:2
Qol: Şaheşuhe, 67. O.Karakullukçu, 90+3.
13 fevral
Kayserispor – Ankaragücü 0:0
Trabzonspor – Qaziantep 1:0
Qol: Bakasetas, 67.
Fatih Karagümrük – Fənərbaxça 1:2
Qol: Borini, 67 – Tiam, 19. Valensia, 53.
15 fevral
20:00 Antalyaspor – Yeni Malatyaspor
20:00 Gənclərbirliyi – Beşiktaş
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB