Bu gün Rəcəbov və Karlsen həlledici görüşlərini keçirəcək

Bu gün Rəcəbov və Karlsen həlledici görüşlərini keçirəcək

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun III mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu gün fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda həlledici görüşlərini keçirəcək. SİA-nın verdiyi məlumata görə, tərəflər ilk oyun günündə 4 dəfə üz-üzə gəliblər. Azərbaycan təmsilçisi ötən günü 2,5:1,5 hesablı üstünlüklə tamamlayıb. Bu isə o deməkdir ki, bugünkü 4 qarşılaşmanın yekununda heç-heçə belə, Rəcəbova yarışı 3-cü pillədə bitirməyə imkan verəcək.

Qeyd edək ki, final oyununda norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So qarşılaşacaq. Tərəflər arasındakı final görüşünün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1).

Qeyd edək ki, ikinci oyun gününə saat 20:00-da start veriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə