“Milan” və “Yuventus”dan səfər məğlubiyyəti

“Milan” və “Yuventus”dan səfər məğlubiyyəti

Futbol üzrə İtaliya A Seriyasında 22-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha üç görüş baş tutub.

“Torino” – “Cenoa” görüşündə qapılara qol vurulmayıb.

Lider “Milan” bu turda “Spetsiya” səfərinə yollanıb və məğlubiyyətlə üzləşib.

Turun mərkəzi görüşü Neapolda keçirilib. Cennaro Qattuzonun rəhbərlik etdiyi “Napoli” son çempion “Yuventus”la münasibətlərinə aydınlıq gətirib. Turin təmsilçisi də çətin səfərdən əliboş qayıdıb.

İtaliya A Seriyası

22-ci tur

13 fevral

Torino – Cenoa 0:0

Napoli – Yuventus 1:0

Qol: İnsinye, 31-pen.

Spetsiya – Milan 2:0

Qol: Macciore, 56. Bastoni, 67.

12 fevral

Bolonya – Benevento 1:1

Qol: Sansone, 1 – Viola, 60.

14 fevral

15:30 Roma – Udineze

18:00 Kalyari – Atalanta

18:00 Sampdoriya – Fiorentina

21:00 Krotone – Sassuolo

23:45 İnter – Latsio

15 fevral

23:45 Verona – Parma

Bütün xəbərlər Facebook səhifəmizdə