İspaniya kubokunun yarımfinalında “Atletik”lə “Levante” sülhə razılaşıb
Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
SİA xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Sevilya” doğma meydanda “Barselona” ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.
Digər yarımfinal görüşü “Atletik”lə “Levante” arasında keçirilib. Bu oyunda qalib müəyyənləşməyib.
Qeyd edək ki, yarımfinal görüşləri ev-səfər prinsipi ilə keçirilir. Cavab görüşləri martın əvvəlində təşkil olunacaq.
İspaniya kuboku
Yarımfinalın ilk oyunları
11 fevral
Atletik – Levante 1:1
Qol: Martines, 58 – Melero, 26.
10 fevral
Sevilya – Barselona 2:0
Qol: Kunde, 25. Rakitiç, 85.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB