Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib
Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib. SİA Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı İlhan Palut çalışdıracaq. 44 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. İlhan Palut bu vəzifədə ötən gün istefaya göndərilən İsmail Kartalı əvəz edib. "Konyaspor" 22 oyuna 24 xalla Superliqada 15-ci sırada qərarlaşıb. Qeyd edək ki, Palut daha əvvəl "Göztəppə", "Hatayspor" və "Ümraniyəsspor" klublarında da baş məşqçi kimi çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə