Məhəmməd Əlini məğlub etmiş keçmiş dünya çempionu dünyasını dəyişib
Dünya Boks Şurası (WBC) və Dünya Boks Assosiasiyası (WBA) üzrə super ağır çəkidə keçmiş dünya çempionu Amerikalı Leon Spinks 67 yaşında vəfat edib.
SİA-nın məlumatına görə, bu barədə "BoxingScene" portalı xəbər verib.
L.Sprinksin ölüm səbəbi xərçəng olub, ona beş il əvvəl prostat xərçəngi diaqnozu qoyulub.
L.Spinks 1976-cı ilin Olimpiya çempionudur. O, 1978-ci ilin fevralında o zaman 36 yaşı olan əfsanəvi Məhəmməd Əli üzərində sensasiyalı bir qələbə qazanıb.
Həmin ilin sentyabr ayında keçirilmiş revanş döyüşündə Məhəmməd Əli hakimlərin yekdil qərarı ilə L.Spinks üzərində inamlı qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB