“Liverpul” evdə “Brayton”a uduzub, “Mançester Siti” turu qələbə ilə başa vurub

“Liverpul” evdə “Brayton”a uduzub, “Mançester Siti” turu qələbə ilə başa vurub

Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

Son çempion “Liverpul” “Brayton”la, “Mançester Siti” isə “Bernli” ilə qarşılaşıb.

“Qırmızılar” bu tur minimal hesabla məğlub olubsa, “şəhərlilər” inamlı qələbəyə seviniblər.

İngiltərə Premyer Liqası

22-ci tur

3 fevral

Fulhem – Lester 0:2

Qol: İheanaço, 17. Castin, 44.

Bernli – Mançester Siti 0:2

Qol: Q.Jezus, 3. Sterlinq, 38.

Lids – Everton 1:2

Qol: Rafinya, 48 – Siqurdsson, 9. Kalvert, 41.

Aston Villa – Vest Hem 1:3

Qol: Uotkins, 81 – Souçek, 51. Linqard, 56.

Liverpul – Brayton 0:1

Qol: Alzate, 56.

2 fevral

Şeffild Yunayted – Vest Bromviç 2:1

Qol: Boqle, 56. Şarp, 73 – Filips, 41.

Vulverhempton – Arsenal 2:1

Qol: Neves, 45+5-pen. Moutinyo, 49 – Pepe, 32.

Mançester Yunayted – Sauthempton 9:0

Qol: Bissaka, 18. Reşford, 25. Bednarek, 34-öz qapısına. Kavani, 39. Marsyal, 69; 90. Maktominay, 71. B.Fernandes, 83-pen. D.Ceyms, 90+4.

Nyukasl – Kristal Pelas 1:2

Qol: Şelvi, 2 – Ridevald, 21. Keyhill, 25.

4 fevral

00:00 Tottenhem – Çelsi

Bütün xəbərlər Facebook səhifəmizdə