İtaliya kubokunda yarımfinal mərhələsinin ilk oyunları başa çatıb - Nəticələr

İtaliya kubokunda yarımfinal mərhələsinin ilk oyunları başa çatıb - Nəticələr

Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinin ilk oyunları başa çatıb.

SİA xəbər verir ki, ikinci yarımfinal matçı “Napoli” ilə “Atalanta” arasında baş tutub. Bu görüşdə isə qapılara qol vurulmayıb.

Qeyd edək ki, bir gün əvvəl “İnter”lə “Yuventus” yarımfinalın ilk görüşü çərçivəsində Milanda üz-üzə gəliblər. Üç qolun qeydə alındığı matçda Turin təmsilçisi qələbəyə sevinən tərəf olub.

Yarımfinalın cavab görüşləri fevralın 9-10-na nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə