“Yuventus” kubokun ilk yarımfinal görüşündə "İnter"i səfərdə məğlub edib

“Yuventus” kubokun ilk yarımfinal görüşündə "İnter"i səfərdə məğlub edib

Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinə start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“İnter”lə “Yuventus” yarımfinalın ilk görüşü çərçivəsində Milanda üz-üzə gəliblər. Üç qolun qeydə alındığı matçda Turin təmsilçisi qələbəyə sevinən tərəf olub.

Digər yarımfinal matçı “Napoli” ilə “Atalanta” arasında baş tutacaq.

Yarımfinalın cavab görüşləri fevralın 9-10-na nəzərdə tutulub.

İtaliya kuboku

Yarımfinal

2 fevral

İnter – Yuventus 1:2

Qol: L.Martines, 9 – Ronaldo, 26-pen; 35.

3 fevral

23:45. Napoli - Atalanta

Bütün xəbərlər Facebook səhifəmizdə