Gənclər mübarizə aparacaqlar

"Xəmsə" Milli İntellektual oyunu üzrə gənclər arasında IV Azərbaycan Çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyi və "Gənclər İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə layihəsi olan oyun üzrə gənclər arasında IV Azərbaycan Çempionatı may ayının 23-də baş tutacaq. Nazirlikdən SİA-ya verilən məlumata görə, çempionatın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.

Qeyd edək ki, çempionatın rayon (şəhər) və zona seçim turları artıq keçirilmişdir ki, bununla da zona seçim turlarında qalib gəlmiş komandalar Final mərhələsində iştirak etmək hüququ qazanıb.

Final mərhələsində iştirak edəcək komandalar:

1. "Helenedorf" komandası (Göygöl rayonu)

2. "Dəli kür" komadası (Yevlax şəhəri)

3. "Mingəçevir" komandası (Mingəçevir şəhəri)

4. "Dostluq" komadası (Ucar rayonu)

5. "Tornado" komandası (Şirvan rayonu)

6. "Şəfa" komadası (Naftalan şəhəri)

7. "Şahdağ" komandası (Qəbələ rayonu)

8. "Balakən" komandası (Balakən rayonu)

9. "Şəki" komandası (Şəki şəhəri)

10. "Şəhriyar" komadası (Biləsuvar rayonu)

11." Xiz"i komandası (Xızı rayonu)

12. "Şabran" komandası (Şabran rayonu)

13. "Yaşıl ada" komandası (Sumaqayıt şəhəri)

14. "Səbail" komandası (Bakı şəhəri)

15. "Yuxu" komandası (Sumqayıt şəhəri)

16. "Eldorado" komandası (Sumaqayıt şəhəri)


Bütün xəbərlər Facebook səhifəmizdə