Sami Xediranın "Herta"ya keçidi rəsmiləşib

Sami Xediranın "Herta"ya keçidi rəsmiləşib

"Yuventus"un futbolçusu Sami Xediranın "Herta"ya keçidi rəsmiləşib.

SİA xəbər verir ki, bu barədə Bundesliqa klubunun saytı məlumat yayıb.

Almaniyalı futbolçunun müqaviləsinin detalları açıqlanmayıb. O, Berlin təmsilçisində 28 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2015-ci ildən Turin klubunda oynayan Xedira bu mövsüm A seriyasında heç bir matça çıxmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə