Azərbaycan Gimnastika Federasiyası (AGF) fevralın 4-dən “Gimnastika hamı üçün” növü üzrə ödənişsiz əsaslarla onlayn məşqlər keçirəcək. SİA-nın AGF-ə istinadən məlumatına görə, məşqlərin proqramı “Gimnastika hamı üçün” üzrə yığma komandanın baş məşqçisi Mariana Vasileva və məşqçi Ruslan Eyvazov tərəfindən tərtib olunub.
Onlayn məşqlər həftədə iki dəfə saat 19:00-dan 20:00-dək keçiriləcək.
Xatırladaq ki, ötən ilin dekabrında “Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar təşkil olunub. İştirakçılar arasında ölkənin demək olar ki, bütün şəhər və rayonlarının - Qax, Zaqatala, Balakən, Qusar, Şirvan, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvanın təmsilçiləri yer alıblar. Gimnastika mütəxəssislərinin və bu növ ilə tanış olmaq istəyənlərin böyük marağına səbəb olan vebinarda iştirak üçün 84 nəfər qeydiyyatdan keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB