Futzal üzrə Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsində ikinci matçına çıxacaq.
Turnirə Slovakiya üzərində 4:1 hesablı ev qələbəsi ilə başlayan Joze Alesionun yetirmələri ilk səfərə yollanacaq. Komandamız Yunanıstanın qonağı olacaq.
3-cü qrupda liderliyi ələ keçirən millimiz turnirə məğlubiyyətlə başlayan Ellada təmsilçisi ilə görüşdə də favoritdir. Moldovada 1:3 hesabı ilə uduzan yunanıstanlıların xal qazanması da sensasiya sayılacaq.
Baş məşqçi Joze Alesio da Silvanın rəhbərliyi altında millimiz oyunöncəsi son məşqini bu gün qarşılaşmanın keçiriləcəyi Daiis İdman Sarayında reallaşdıracaq. Yığmanın heyətində dəyişiklik də edilib. Amir Şojaei və Hadi Ahmadinin əvəzinə səfərə Oqtay Rüstəmli aparılıb.
Qeyd edək ki, turun bu gün keçiriləcək digər görüşündə Slovakiya Moldovanı qəbul edəcək.
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup
II tur
2 fevral
20:00. Yunanıstan – Azərbaycan
Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (hər ikisi Niderland), Vasilios Kristodoulis (Yunanıstan)
Afina. “Daiss Sports Hall”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB