Azərbaycan Premyer Liqasının 2010-2011 mövsümünə yekun vuruldu

Azərbaycan Premyer Liqasının 2010-2011 mövsümünə yekun vuruldu

Azərbaycan Premyer Liqasının 2010-2011 mövsümünə yekun vuruldu. Siasport.az saytı xəbər verir ki, ötən ilin avqustunda startı verilən 10 aylıq marafon keçirilən son üç oyunla yekunlaşdı.

Dünən günün əsas qarşılaşması \"Qəbələ\" ilə \"Muğan\" arasında keçirildi. Belə ki, bu oyuna qədər komandalar turnir cədvəlinin 7-8-ci pillələrində qərarlaşırdı və \"Qəbələ\" \"Muğan\"dan bir xal öndə idi. Qalib komanda mövsümü ikinci \"altılığ\"ın çempionu kimi başa vuracaqdı. \"Qəbələ\"nin üstünlüyü ilə başlayan oyunda hesabı 16-cı dəqiqədə Murad Hüseynov açdı. 38-ci dəqiqədə Con Pelu tarazlığı bərpa etdi. Sona üç dəqiqə qalmış Yaşar Abuzərov fərqlənib, \"Qəbələ\"yə qələbə qazandırdı. Bununla da xal hesabını 57-yə yüksəldən \"Qəbələ\" 2-ci \"altılığ\"ın lideri oldu. \"Muğan\" isə mövsümü 47 xalla 9-cu pillədə bitirdi.

Günün digər iki oyununda MOİK-lə \"Simurq\" \"Turan\"la \"Gəncə\"ni qəbul etdi. Həm MOİK, həm də \"Simurq\" qələbə qazanıb, mövsümü ən azı sonuncu pillədə başa vurmaq istəmirdi. Hər iki komanda istəyinə çatıb qələbə qazandı. Belə olan halda, MOİK mövsümü sonunca pillədə başa vurdu.

Oyunlara gəlincə, MOİK - \"Turan\" oyununun favoriti hesab olunan Tovuz klubu 41-ci dəqiqədə Azər Məmmədovla hesabı açdı. İkinci yarıda meydanda fırtına kimi əsas MOİK 4 qol vurub, qələb qazandı. Ordu klubunun heyətində Orxan Babayev dubl etdi, Comərd Baxşəliyevlə Natiq Əkbərov hərəyə bir qol vurdu.

\"Simurq\" - \"Gəncə\" oyunu da qonaqların üstünlüyü ilə başladı. 2-ci dəqiqədə Samir Abdulov, 20 dəqiqə sonra isə Samir Zərgərov fərqləndi. Bundan sonra özünə gələn \"Simurq\" 44-cü dəqiqədə Əli Bağırov, 51-ci dəqiqədə Tofiq Mikayılovla hesabı bərabərləşdirdi. 65-ci dəqiqədə Elvin Yunusov, bir dəqiqə sonra Əli Bağırov fərqlənib, hesabı 4:2-yə çatdırdı. 89-cu dəqiqədə Junivan Suares fərqi minimuma endirsə də, \"Gəncə\"nin bundan artığına gücü çatmadı. Beləliklə, \"Simurq\" Qyoko Hacievskinin istefasından sonra baş məşqçisiz meydana çıxdığı oyunda qələbə qazanıb, Premyer Liqa ilə qələbə əhval-ruhiyyəsində vidalaşdı.

Qeyd edək ki, turun ilk oyun günü \"İnter\" \"Bakı\"nı 1:0, AZAL \"Qarabağ\"ı 3:1 hesabı ilə yenib, \"Neftçi\" - \"Xəzər Lənkəran\" oyunu isə heç-heçə başa çatıb - 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com