"Fənərbaxça" liderliyə yüksəlib, "Başakşəhər" darmadağın olub

"Fənərbaxça" liderliyə yüksəlib, "Başakşəhər" darmadağın olub

Futbol üzrə Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü daha üç görüş baş tutub.

Son çempion “Başakşəhər” bu dəfə doğma meydanda “Hatayspor”u sınağa çəkib və böyük hesabla uduzub.

Heyətini Məsut Özillə gücləndirən “Fənərbaxça” isə “Rizəspor”la ev oyununda minimal hesabla üstün olub.

“Kasımpaşa” da evdə “Kayserispor”a məğlub olub.

“Alanyaspor” – “Sivasspor” matçı isə güclü yağış səbəbindən sabaha təxirə salınıb.

Türkiyə Super Liqası

22-ci tur

30 yanvar

Kasımpaşa – Kayserispor 0:1

Qol: U.Demirok, 90+3.

Başakşəhər – Hatayspor 1:5

Qol: Kamara, 80-öz qapısına – Diuf, 11; 57. Akintola, 21-pen. Bupendza, 43-pen; 68.

Alanyaspor – Sivasspor matçı təxirə salınıb

Fənərbaxça – Rizəspor 1:0

Qol: Akkan, 45+1-öz qapısına.

29 yanvar

Yeni Malatyaspor – Fatih Karagümrük 0:0

Qaziantep – Qalatasaray 1:2

Qol: Maksim, 90+7-pen – Onyekuru, 51; 79.

31 yanvar

14:30 Ərzurumspor – Ankaragücü

17:00 Gənclərbirliyi – Antalyaspor

17:00 Dənizlispor – Göztəpə

20:00 Beşiktaş – Trabzonspor

Bütün xəbərlər Facebook səhifəmizdə