Voleybol millimizin oyunlarının təqvimi bəlli olub

Voleybol millimizin oyunlarının təqvimi bəlli olub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının tam təqvimi bəlli olub.

SİA-nın məlumatına görə, yığmamızın yer aldığı “F” qrupunda ikinci dövrənin oyunlarının vaxtı açıqlanıb. Komandalar Monteneqroda qüvvələrini sınayacaqlar.

Millimiz mayın 14-də Monteneqro, ertəsi gün Gürcüstan, sonuncu turda Yunanıstan seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, Gürcüstanda keçiriləcək ilk dövrənin oyunlarında isə millimiz mayın 7-də Monteneqro, ertəsi gün meydan sahibləri, ayın 9-da isə Yunanıstan yığması ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə