Duqlas Kosta “Milan”ın transfer siyahısında

Duqlas Kosta “Milan”ın transfer siyahısında

İtaliyanın “Yuventus” klubunun Almaniya “Bavariya”sına icarəyə verdiyi Duqlas Kosta karyerasını yenidən A seriyasında davam etdirə bilər.

SİA-nın məlumatına görə, 30 yaşlı hücumçu “Milan”ın transfer siyahısında yer alıb.

A seriyası təmsilçisi braziliyalı ilə müqavilə imzalamağa hazırlaşır. Milanlılar forvardı qış transfer pəncərəsinin sonunadək heyətinə qatmağı planlaşdırır.

Bu keçidin reallaşmasında yeganə problem Duqlasın maaşının yüksək olmasıdır. Onun illik qazancı 6 milyon təşkil edir.

Qeyd edək ki, Kosta cari mövsüm 19 oyunda 1 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə