Almaniya millisinin yarımmüdafiəçisi koronavirusa yoluxub

Almaniya millisinin yarımmüdafiəçisi koronavirusa yoluxub
Almaniyanın "Bayer" klubunun yarımmüdafiəçisi Nadim Amiri koronavirusa yoluxub. SİA xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə 24 yaşlı futbolçudan götürülmüş sonuncu COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Alman yarımmüdafiəçi karantinə alınıb. Amiri 2019-cu ildən "Bayer"in uğurları üçün çalışır. O, həm də Almaniya yığmasının formasını geyinir.

Bütün xəbərlər Facebook səhifəmizdə