“Mançester Yunayted” “Hoffenhaym”dan futbolçu alır

İngiltərənin “Mançester Yunayted” klubu Almaniya Bundesliqasından futbolçu alır.

SİA-nın məlumatına görə, Premyer Liqa təmsilçisi “Hoffenhaym”ın yarımmüdafiəçisi Kristof Baumqartneri heyətinə qatmağa yaxındır.

21 yaşlı avstriyalının qış transfer pəncərəsinin sonunadək Mançester klubuna keçəcəyi gözlənilir. Onun qiyməti 18 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Baumqartner cari mövsümdə 25 oyunda 6 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...