“Yuventus” Auarla danışıqlara başlayır

İtaliyanın “Yuventus” klubu Ussam Auarı transfer etmək istəyir.

SİA-nın məlumatına görə, Fransa “Lion”unun yarımmüdafiəçisi Turin təmsilçisinin maraq dairəsinə düşüb.

A seriyası klubu bu günlərdə 22 yaşlı fransalının agenti ilə danışıqlara başlayacaq. “Yuventus” keçidi yay transfer pəncərəsində reallaşdırmaq niyyətindədir.

Qeyd edək ki, PSJ və “Arsenal”ın da maraq dairəsində olan Auarın lionlularla müqaviləsi 2023-cü ildə başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə