Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşacaq

Yanvarın 29-da Bakı İdman Sarayında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqibi olacaq Slovakiya yığması ilə bu sayca 7-ci duel olacaq.

SİA-nın Azərbaycan Futzal Federasiyasına istinadən məlumatına görə, komandalar müxtəlif vaxtlarda 6 rəsmi oyun keçiriblər. Bu matçların 3-də millimiz qələbə qazanıb, iki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Yalnız ilk oyunda qələbəni rəqibimiz aktivinə yazdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...