Üzgüçülük üzrə Olimpiya seçmə turniri keçiriləcək

Yaponiyanın paytaxtı Tokioda sinxron üzgüçülük üzrə Olimpiya seçmə turniri mayda keçiriləcək.

SİA-nın məlumatına görə, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyası məlumat yayıb.

Turnir mayın 1-4-də baş tutacaq. Bu qərarın səbəblərindən biri də koronovirus infeksiyasına görə, Yaponiyada fövqəladə vəziyyətin fevralın 7-dək tətbiqi olub. Səlahiyyətli nümayəndələr bu müddətin daha bir ay uzadılmasını düşünürlər. Xüsusilə, bu tədbirlər çərçivəsində əvvəllər əcnəbi idmançılar və xaricdən vətənlərinə qayıdan yapon idmançıları üçün tətbiq olunan güzəştlər ləğv edilib.

Turnirin əvvəlcə martın 4-7-də təşkili nəzərdə tutulmuşdu.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarış bir il sonraya təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə