“Mançester Yunayted”dən ev məğlubiyyəti, MS-nin xeyrinə rəqiblərindən xal itkisi

Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

Lider “Mançester Yunayted” bu turda autsayder “Şeffild Yunayted”i sınağa çəkib və məğlubiyyətə üzülüb. Baş məşqçisi Frenk Lempardla yollarını ayıran “Çelsi” “Vulverhempton”u qəbul edib. “Zadəganlar” yeni baş məşqçi Tomas Tuxelin rəhbərliyi altındakı ilk matçdan 1 xalla ayrılıb. “Brayton” – “Fulhem” və “Everton” – “Lester” görüşləri də bərabərliklə bitib. “Bernli” isə “Aston Villa” üzərində qələbəyə sevinib.

İngiltərə Premyer Liqası

20-ci tur

27 yanvar

Bernli – Aston Villa 3:2

Qol: Mi, 52. Maknil, 76. Vud, 79 – Uotkins, 14. Qriliş, 68.

Çelsi – Vulverhempton 0:0

Brayton – Fulhem 0:0

Everton – Lester 1:1

Qol: Rodriqes, 30 – Tilemans, 67.

Mançester Yunayted – Şeffild Yunayted 1:2

Qol: Maquayr, 64 – Brayan, 23. Burke, 74.

26 yanvar

Kristal Pelas – Vest Hem 2:3

Qol: Zaha, 3. Batşuayi, 90+7 – Souçek, 9; 25. Douson, 65.

Nyukasl – Lids 1:2

Qol: Almiron, 57 – Rafinya, 17. Harrison, 61.

Sauthempton – Arsenal 1:3

Qol: Armstronq, 3 – Pepe, 8. Saka, 39. Lakazette, 72.

Vest Bromviç – Mançester Siti 0:5

Qol: İ.Gündoğan, 6; 30. Kanselo, 20. Mahrez, 45+2. Sterlinq, 57.

28 yanvar

00:00 Tottenhem – Liverpul

Bütün xəbərlər Facebook səhifəmizdə