Fransa çempionatının təxirə salınmış oyununda “Loryan” “Dijon”u məğlub edib

Futbol üzrə Fransa çempionatında 20-ci turdan təxirə salınmış bir oyun keçirilib.

SİA xəbər verir ki, “Loryan” doğma meydanda “Dijon”la qarşılaşıb.

Beş qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar. Bu qələdən sonra “Loryan” “Dijon”la xallarının sayını bərabərləşdirib. Hazırda hər iki komandanın hesabında 15 xal var və 18-19-cu pillələri bölüşürlər.

Fransa, Liqa 1
20-ci turun oyunu

27 yanvar

Loryan – Dijon 3:2

Qol: Çaloba, 30. Moffi, 58. Qravilyon, 90+6 – Akuele, 40. Balde, 42.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...