İFFHS rəmzi komandanı açıqladı

Onilliyin rəmzi komandası açıqlanıb.

SİA-nın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-20-ci illərin “11-liy”ini tərtib edib.

Komandada Almaniya daha çox – 3 futbolçu ilə təmsil olunub. İspaniyanın 2 oyunçusu “11-liy”ə düşüb.

Qapıçı: Manuel Noyer (Almaniya);
Müdafiəçilər: Filip Lam (Almaniya), Serxio Ramos (İspaniya), Vircil van Deyk (Niderland), Marselo (Braziliya);
Yarımmüdafiəçilər: Toni Kroos (Almaniya), Andres İnyesta (İspaniya), Luka Modriç (Xorvatiya);
Hücumçular: Kriştianu Ronaldo (Portuqaliya), Robert Levandovski (Polşa), Lionel Messi (Argentina).

Bütün xəbərlər Facebook səhifəmizdə