"Atletik"in oyunçusu La Liqada rekorda imza atdı

İspaniyanın "Atletik" klubunun futbolçusu Raul Qarsiya La Liqada yeni rekorda imza atıb.

SİA-nın "Opta Sports"a istinadən məlumatına görə, 35 yaşlı oyunçu XXI əsrdə Primeroda 100 qol vuran ilk yarımmüdafiəçi olub.

Qarsiya XX turda "Xetafe"ni 5:1 hesabı ilə məğlub etdikləri matçda fərqlənib.

Qeyd edək ki, Raul Qarsiya hazırkı komandasında 54, "Atletiko"da 26, "Osasuna"da isə 20 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə