Akademik avarçəkmə üzrə qitə çempionatı keçiriləcək

Beynəlxalq Avarçəkmə Federasiyasının İcraiyyə Komitəsi Avropa Olimpiya seçmə turniri və qitə çempionatının keçirilməsi ilə bağlı qərar qəbul edib.

SİA-nın məlumatına görə, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Yarışlar İtaliyanın Varese şəhərində, müvafiq olaraq aprelin 5-7-DƏ və 9-11-də baş tutacaq.

Turnirlər zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri xüsusilə nəzərə alınmaqla, pandemiya şəraitində lazımi bütün tədbirlərin görüləcəyi bildirilib. Belə ki, İtaliyada bütün komanda üzvlərindən hər zaman maskada olmaları tələb olunacaq. Təşkilatçılar sosial məsafəni və antiseptiklərin istifadəsini də ciddi şəkildə tətbiq edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...