Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Boston"un oyunçusu Ceylen Braun yeni rekorda imza atıb.

SİA-nın yarışın rəsmi "Twitter" səhifəsinə istinadən məlumatına görə, 24 yaşlı hücumçu bunu "Klivlend"lə matçda gerçəkləşdirib.

Braun 19 dəqiqə ərzində 33 xal toplayıb. Bu, 1954/1955 mövsümündə rəqəmsal vaxt sayğacının tətbiq olunmasından sonra NBA-da 20 dəqiqə ərzindəki ən yaxşı göstəricidir.

Qeyd edək ki, qarşılaşma "Boston"un 141:103 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə