“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqada yeni rekorda imza atıb

“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqada yeni rekorda imza atıb.

SİA xəbər verir ki, 34 yaşlı qolkiper buna “Şalke” ilə səfər matınçda (4:0) nail olub.

Alman futbolçu çempionatda çıxış etdiyi dövr ərzində 197-ci dəfə qapısını toxunulmaz saxlamağı bacarıb. Beləliklə, o, sabiq komanda yoldaşı Oliver Kanın rekordunu yeniləyib. Kan 1987-2008-ci illərdə "Bavariya" və "Karlsrue"də 196 görüşdə qapısını toxunulmaz saxlayıb.

Noyer isə “Şalke” və "Bavariya"nın heyətində bu nəticəyə sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə