“Lans” "Nitsa”ya uduzub, “Monako” “Marsel” üzərində inamlı qələbə qazanıb

Futbol üzrə Fransa çempionatında 21-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Lans” evdə “Nitsa”ya minimal hesabla uduzub. Turun mərkəzi görüşündə “Monako” doğma meydanda “Marsel”lə münasibətlərinə aydınlıq gətirib və inamlı qələbə qazanıb.

Bu tur keçirilməli olan “Nim”–“Loryan” matçı “Loryan”ın bir neçə futbolçusunda koronavirus aşkarlandığı üçün tərixə salınıb.

Fransa Liqa 1
21-ci tur

22 yanvar

PSJ – Monpelye 4:0

Qol: Mbappe, 34; 63. Neymar, 60. İkardi, 61.

23 yanvar

Lans – Nitsa 0:1

Qol: Atal, 49.

Monako – Olimpik (Marsel) 3:1

Qol: Maripan, 47. Tçuameni, 75. Yovetiç, 90+2 – Radonyiç, 12.

24 yanvar

16:00 Bordo – Anje

18:00 Dijon – Strasburq

18:00 Mets – Nant

18:00 Reyms – Brest

20:00 Renn – Lill

00:00 Sent-Etyen – Olimpik (Lion)

Bütün xəbərlər Facebook səhifəmizdə