“Sevilya” və "Real” darmadağına sevinib

Futbol üzrə İspaniya La Liqasında 20-ci tura start verilib.

SİA xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.

“Hueska” – “Vilyarreal” və “Real Sosyedad” – “Betis” matçları heç-heçə bitib. “Sevilya” isə “Kadis”i 3 cavabsız qolla məğlub edib.

İspaniya kuboku ilə vidalaşan “Real” bu turda “Alaves”lə qarşılaşıb. Madrid təmsilçisi bu oyunda darmadağına sevinib.

İspaniya La Liqası

20-ci tur

23 yanvar

Hueska – Vilyarreal 0:0

Sevilya – Kadis 3:0

Qol: En Nesiri, 35; 39; 62.

Real Sosyedad – Betis 2:2

Qol: İsak, 48. Oyarzabal, 57 – Kanales, 86. Xoakin, 90+2.

Alaves – Real 1:4

Qol: Xoselu, 59 – Kazemiro, 15. Benzema, 41; 70. Hazard, 45+1.

22 yanvar

Levante – Valyadolid 2:2

Qol: D.Qomes, 62. Rocer, 83 – Alkaras, 73. Plano, 78.

24 yanvar

17:00 Osasuna – Qranada

19:15 Elçe – Barselona

21:30 Selta – Eybar

00:00 Atletiko – Valensiya

25 yanvar

00:00 Atletik – Xetafe

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...