Qapıçı "Ginnesin Rekordlar Kitabı"na düşüb

İngiltərənin 2-ci liqasında çıxış edən Uelsin "Nyuport Kaunti" futbol klubunun oyunçusu Tom Kinq yeni rekord müəyyənləşdirib. SİA-nın məlumatına görə, 26 yaşlı qapıçı "Çeltnem Taun"la matçda (1:1) fərqlənərək, ən uzaq məsafədən vurulan qolun müəllifi kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

96,01 metr məsafədən topu rəqib qapısından keçirən ingiltərəli qolkiper "Qarabağ"ın sabiq üzvü, hazırda "Bornmut"da oynayan Asmir Beqoviçin göstəricisini (91,9) yaxşılaşdırıb.

Qeyd edək ki, A.Beqoviç 2019/2020-ci il mövsümünün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə