"Eybar"ın qapıçısı La Liqanın tarixinə düşüb

İspaniyanın "Eybar" futbol klubunun qapıçısı Marko Dmitroviç La Liqanın tarixinə düşüb.

SİA-nın məlumatına görə, 29 yaşlı qolkiper XIX turda "Atletiko" (Madrid) ilə matçda penaltini dəqiq yerinə yetirib.

Serbiyalı futbolçu 2011-ci ilin fevralından ölkə çempionatında qol vuran ilk qapıçıdır. La Liqada son olaraq "Almeriya" ilə görüşdə "Deportivo"nun qapıçısı Dani Aransubiya fərqlənib.

Qapıçı həm də 18 ildən sonra penaltidən fərqlənən ilk çərçivə qoruyucusudur. 2003-cü ildə "Las Palmas"ın qolkiperi Naço Qonsales "Atletik"lə qarşılaşmada penaltini dəqiq yerinə yetirib. Bu vaxta qədər İspaniya çempionatında 7 qapıçı qol vura bilib.

Qeyd edək ki, "Eybar" "Atletiko"ya 1:2 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə