Kaka:” Realdan getmək fikrim yoxdu”

Kaka:” Realdan getmək fikrim yoxdu”
"Real Madrid"in və Braziliya millisinin ulduz üzvü Kaka, haqqında çıxan Premyer Liqa xəbərlərini təkzib edib. Siasport.az saytı xəbər verir ki, futbolçu mətbuata açıqlamasında belə deyib: "Anamın "Twitter" hesabında gələn il iyulda Londondayıq" yazısı ilə gündəmə çıxan transfer xəbərlərinin heç biri gerçək deyil. Anam işiylə əlaqədar Londona gedəcək, bu yazını da ona görə yazıb. Mən hələ ki, "Real"da qalmaq istəyirəm və nə Primer Liqaya, nə də Braziliyaya qayıtmaq fikrim yoxdur".

Xatırladaq ki, bir çox xarici mətbuatda Kakanın bir vaxtlar "Milan"da bir yerdə olduğu Karla Ançelotinin bu dəfə Çelsidə onunla bir yerdə çalışmaq istədiyi haqda xəbərlər yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə